Ermənistan vətəndaşı Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb

Ermənistan vətəndaşı Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb backend

Bu il avqustun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç avqust 23-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, bu barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Diaspora