Hacıqabul rayonu, Nəvahi kəndində vətəndaşa məxsus ümumi sahəsi 900 m² olan fermanın qamışdan ibarət tavanı 100 m², ərazidə yerləşən ümumi sahəsi 20 m² olan gözətçi otağı, tövləyə bitişik istifadəyə yararsız 10 ton ot bağlaması və 500 m² sahədə kol-kos yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.Hacıqabuldakı fermada yanğın baş verib

