İctimai Televiziya və Radio Yayımları Şirkətinin(İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə basqın olub.
Qaziler.az bildirir ki, bu barədə APA-ya məlumat verən S. Bayramov bildirib ki, ki, təxminən saat 01 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S. Bayramovu gördükdən sonra qaçıblar.Hadisə barəsində Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən APA-ya bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.