Bu il avqustun 3-də Dubay aeroportunda təhlükəli eniş edən Emirates aviakompaniyasına məxsus "Boeing-777" təyyarəsinin sərnişini bir həftə bundan əvvəl lotereyada 1 milyon dollar udub.
Qaziler.az Rusiyanın NTV kanalına istinadən bildirir ki, 62 yaşlı Məhəmməd Bəşir Əbdül Hada təyyarəni ən son tərk edənlərdən biri olub. Bundan bir neçə saniyə sonra layner partlayıb. Jurnalistlər artıq onu dünyanın ən xöşbəxt adamı adlandırıblar.Hindistanlı lotereya biletini Dubay aeroportunda alıb. O bu uduşu təqaüdə çıxmasına 4 həftə qalmış qazanıb.
Hada jurnalistlərə bildirib ki, Hindistana qayıdaraq ehtiyacı olanlara kömək etmək üçün iş tapmağı planlaşdırır.