Böyük Britaniyanın paytaxtı Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.
Virtualaz.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. İnsident yerli vaxtla saat 22:30-da qeydə alınıb.London polisinin nümayəndəsi bildirib ki, bıçaqla hücumu 19 yaşlı gənc törədib.
“Hazırda cinayəti törədən şəxs istintaq təcridxanasının tibb məntəqəsindədir. İlkin araşdırmalara əsasən, o ruhi xəstəlikdən əziyyət çəkir. Çox güman ki, insidentə səbəb məhz bu amil olub”,-deyə polis nümayəndəsi bildirib.