Türkiyədə polisə hücum edilib, 5 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyədə polisə hücum edilib, 5 nəfər ölüb, 4 nəfər yaralanıb backend

Türkiyənin Bingöl vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 polis əməkdaşı ölüb, 4-ü yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralanan polislər xəstəxanalara çatdırılıb. Terrorçuların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Diaspora