Bərdədə yol-nəqliyyat hadisəsi nəticəsində ölən 3 nəfər və xəsarət alan 1 nəfərin kimliyi məlum olub.
Qaziler.az bildirir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə rayon Hızırıı kənd sakini 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi “99 HM 703” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil su kanalına düşüb.Nəticədə, sürücünün özü və sərnişinləri – 1984-cü il təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb.
Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
**** 17.42
Bərdədə 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib. Yoldan çıxan avtomobil su kanalına düşüb.
Hadisə yerində olan şahidlərin APA-ya verdiyi xəbərə görə, avtomobildə olan 4 nəfərdən 3-ü elə hadisə yerində boğularaq ölüb.