Gülən ABŞ hakimiyyətinə səsləndi - Məni Türkiyəyə verməyin

Gülən ABŞ hakimiyyətinə səsləndi - Məni Türkiyəyə verməyin backend

Türkiyədə hərbi çevrilişə cəhddə əli olan Fəthullah Gülən etiraf edib ki, həmişə Qərbi dəstəkləyib. Trend-in verdiyi məlumata görə, bu barədə F.Gülənin "New York Times" qəzetinə verdiyi müsahibədə deyilir.

Onun sözlərinə görə, Qərbin, həmçinin ABŞ-ın mötədil İslama həmişə ehtiyacı olub.

F.Gülən ABŞ hakimiyyətini onu Türkiyəyə ekstradisiya etməməyə çağırıb.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Diaspora