Türkiyədə növbəti terror: yenə ölən və yaralanan var

Türkiyədə növbəti terror: yenə ölən və yaralanan var backend

Türkiyənin Diyarbəkir vilayətində yenə terror aktı törədilib. "Report" bildirir ki, PKK terrorçuları Silvan rayonundakı su anbarının tikintisinin təhlükəsizliyini təmin edən hərbçilərə minaatanlardan hücum edib.

Mərminin hərbçilərin qaldığı baraka düşməsi nəticəsində bir hərbçi ölüb, biri yaralanıb.

Türkiyə təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyata başlayıb.
Diaspora