İstanbulda Fətullahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 992 hərbçi barəsində həbs qərarı verilib. "Report" xəbər verir ki, onların arasında 12 general, 1 admiral, polis, müəllim və əsgərlər də var.
Məlumata görə, 58 hərbçi sərbəst buraxılıb.Bundan əlavə, hərbi çevriliş cəhdində təqsirləndirilən daha 1 184 hərbçinin məhkəmə prosesinin keçirilməsi gözlənilir.