Türkiyədə 20-dən çox KİV bağlandı

Türkiyədə 20-dən çox KİV bağlandı backend

Türkiyə Televiziya və Radio Şurası 20-dən çox kütləvi informasiya vasitəsinin (KİV) lisenziyasını ləğv edib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, KİV-lərin bağlanması dövlət çevrilişinə cəhdlə əlaqədardır.

Bağlanan KİV-lər arasında STV, Samanyolu Haber, Samanyolu Haber Radyo, Kanal Türk, Kanal 124, Yumurcak TV, Burç FM və Radyo Mehtap da var.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.
Diaspora