Türkiyədə qiyama cəhdlə bağlı aparılan araşdırmalar nəticəsində 103 general və admiral həbs edilib. Onların arasında Hərbi Hava Qüvvətlərinin ordu generalı Akın Öztürk də var.
Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, saxlanılanların bir hissəsinin barəsindəki cinayət işi artıq məhkəməyə göndərilib.Onlar barəsində ağır ittihamlar irəli sürülüb. Bunlar arasında Konstitusiyanı pozan təşəbbüs, zorakılıq və şiddət istifadə edərək, Türkiyə Cümhuriyyətini ortadan qaldırmağa cəhd kimi maddələr var.