Türkiyə müdafiə nazirinin şəxsi köməkçisi də saxlanılıb

Türkiyə müdafiə nazirinin şəxsi köməkçisi də saxlanılıb backend

Türkiyə müdafiə naziri Fikri İşıkın şəxsi köməkçisi Teyfik Gök də saxlanılıb.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, polislər tərəfindən dindirilən Gök silahlı çevrilişə cəhddə günahlandırılır.
Qeyd edək ki, Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra 2400-dək hərbçi həbs edilib.
Ankara Baş Prokurorluğu isə 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verib. Həbs olunanlar arasında Konstitusiya Məhkəməsinin iki üzvü də var.
Türkiyədə iyulun 15-dən 16-a keçən gecə baş verən hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb.
Diaspora