Rusiyada baş vermiş yanğın zamanı 9 nəfər ölüb

Rusiyada baş vermiş yanğın zamanı 9 nəfər ölüb backend

Rusiyanın Yamal yarımadasında baş vermiş yanğın zamanı 9 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Lapıtnanqinin Kiyev mikrorayonunda yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınıb.
Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 9-u həlak olub. Ölənlərdən 2-i uşaqlardır.
Xəsarət alımış bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Yanğın baş vermiş binadan 2-i uşaq olmaqla ümumilikdə 23 nəfər təxliyə edilib.
Faktla əlaqədar cinayət işi qaldırılıb.
Diaspora