Ərdoğanı devirmək istəyən generaldan biri öldürüldü

Ərdoğanı devirmək istəyən generaldan biri öldürüldü backend

Baş nazir öldürülən generalın adını açıqlamayıb.

Türkiyədə hərbi çevriliş cəhd edən generallardan biri öldürlüb. ANS PRESS-in məlumatına görə, bu barədə Baş nazir Binəli Yıldırım açıqlama verib.

Onun sözlərinə görə, Baş nazir öldürülən generalın adını açıqlamayıb.

B.Yıldırım həmçinin bildirib ki, indiyə qədər hərbi çevriliş cəhdi ilə əlaqəsi olan 130 hərbçi saxlanılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş qərərgahında atışma davam edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Haber telekanalının birbaşa efirində bəyan edib ki, öz postunu tərk etməyəcək.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, sona qədər öz postunda qalacaq.
Diaspora