Türkiyədə hərbi çevrilişə cəhddə iştirak edən 754 hərbçi saxlanılıb.
Bu barədə Trend Türkiyənin FOX telekanalına istinadən xəbər verir.Telekanalın verdiyi məlumata görə, hazırda Ankara səmasında F16 təyyarələri və helikopterlər uçmaqda davam edir, lakin bu uçuşların məqsədi bombalamaq deyil, təhlükəsizliyi təmin etməkdir.
Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.