Türkiyədə hərbi çevrilişə cəhddə iştirak edən hərbçilər təslim olur

Türkiyədə hərbi çevrilişə cəhddə iştirak edən hərbçilər təslim olur backend

Türkiyədə hərbi çevrilişə cəhddə iştirak edən hərbçilər təslim olur. Bu barədə Trend Türkiyənin TRT Haber telekanalına istinadən xəbər verir.

Əsasən, Bosfor boğazı üzərindən keçən körpülərdən birini nəzarətə götürmüş hərbçilər əllərini qaldıraraq təslim olub.

Həmin hərbçilər körpünü iki tank və bir neçə zirehli texnika ilə tutmuşdu.

Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.
Diaspora