Türkiyənin paytaxtı Ankaranın "Qızıl Aypara" meydanında vətəndaşlar tankların üzərinə yeriyiblər. Türkiyədə insanlar küçə və meydanlara axın edir. Vətən prospektində 1 zabit və 3 əsgər həbs edilib. QAZİLER.AZ NTV kanalına istinadən bir ovuc Gülənçinin bu çevrilişi etdiyini bildirir. Bir ovuc alçaqlar bizim ordu geyimimizi geyib bizi alçatdılar. Onlar bunun cəzasını gərəkincə çəkəcəklər, - deyə Türkiyə kanalları bildirir.
Məlum olan o ki, ordudan bir dəstə bu çevrilişi etmək həvəsinə düşüb. Lakin insanlar buna imkan verməyərək dövləti dəstəkləmək üçün meydanlara çıxdılar.Amma çevriıliş əmrinin kim tərəfindən gəldiyi hələ də məlum deyil. Şübhələrə görə yenə Gülən tərəfdarları bu cəhddə bulunub.
Bu gün meydanlarda olan insanlar gələcəkdə deyəcəklər ki, 3-5 fətullahçıya məmləkət təslim edilməz. Onu müdafiə edən yazarlar da həbs edilməlidir, - deyə Türkiyənin ATV kanalında açıqlama verilib.
NTV telekanalında yayımlanan açıqlamaya görə, Türkiyə Böyük Millət Məclisində məclis başkanı və millət vəkilləri müxalifət partiya liderlərinə təşəkkür edib.
Hazırda Baş nazir Binəli Yıldırım yeni bir açıqlama verərək bütün vətəndaşlara səslənib. O, Bu gün baş verən hadisənin silahlı qüvvələr içindəki bir dəstənin hərəkəti və terror kimi dəyərləndirib. Körpüləri kəsənlər, tanklarda oturanlar, havadan bizi hədələyənlər terror dəstəsinin işini görmüş olur və bu Türkiyə hərbiçisinə yaraşan iş deyil. Türkiyə ayakdadır və meydanlardadır.