QAZİLER.AZ Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, hazırda Atatürk Hava Limanı da hərbçilərin nəzarətinə keçib. Atatürk körpüsü də ordunun nəzarətinə keçib.
NTV kanalı bildirir ki, bir azdan hər şey aydınlaşacaq və nə baş verdiyi məlum olacaq. Prezident Ərdoğanın Atatürk Hava Limanına getdiyi bildirilir.Baş nazir Binəli Yıldırım isə bunu edənlərin ən ağır şəkildə cəzalandırılacağını deyib.
Hazırda Atatürk Hava Limanından təyyarələrin enməsinə icazə verilsə də qalxmasına icazə yoxdur. Yollar tanklarla tutulub.