QAZİLER.AZ Türkiyə Silahlı Qüvvələri adından yayılan mətni təqdim edir. "Türkiyə Silahlı qüvvələri konstitusiya quruluşunun, insan hüquq və azadlıqlarının təkrar təmini və təsis edilməsi, hüququn üstünlüyünün yenidən hakim olunması, pozulan asayişin yenidən təmin edilməsi məqsədi yilə ökə idarəçiliyini əlinə almışdır. Bütün beynəlxalq müüqavilələrimiz və öhdəliklərimiz qüvvədə qalmaqdadır.
Bütün dünya ölkələriilə münasibətlərimizin davam edəcəyinə təmin edirik".Türkiyədən gələn məlumatlara görə, bir qrup ordu hissəsi hərəkətə keçərək, Türkiyədə dövlət çevrilişi həyata keçirtməyə cəhd edib. Hazırda dəqiq bilgilər yoxdur. Yaxın zamanlarda Türkiyə prezidenti Ərdoğanın açıqlama verəcəyi gözlənilir.
Türkiyənin NTV kanalının hazırda canlı verdiyi xəbərdə bildirilir ki, qiyamçı hərbçilər Türk Silahlı qüvvələrinin komutanı Hülusi Akarı və digər rəhbərləri girov götürüblər.