Bakıda yaşayış binasında dörd mənzil yanıb

Bakıda yaşayış binasında dörd mənzil yanıb backend

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Qaziler.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda hər mərtəbəsi 500 kv.m olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində baş verib.

Nəticədə ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin dəhlizi 6 kv.m, ümumi sahəsi 48 kv.m olan 3 otaqlı evin dəhlizinin lambirdən ibarət tavanı 12 kv.m sahədə, 1-ci mərtəbədə ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 15 kv.m olan 1 otaqlı evin giriş qapısı qismən və dəhlizin yanar konstruksiyaları 4 kv.m sahədə yanıb.

Evlərin qalan hissəsi və digər evlər yanğından mühafizə olunub.

Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Diaspora