Xətaidə yanan binaya görə tutulan şəxs təcridxanada öldü

Xətaidə yanan binaya görə tutulan şəxs təcridxanada öldü backend

Keçən il Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğına görə həbs edilmiş vəzifəli şəxslərdən biri həbsxanada vəfat edib. Lent.az-ın əldə etdiyi məlumata görə, ötən ilin aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş vermiş yanğınla bağlı həbs edilən və Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunan 1963-cü il təvəllüdlü Muxtarov Nüsrət Əli oğlu Bakı İstintaq Təcridxanasında qəfil vəfat edib. Bildirilir ki, o, ürək tutmasında dünyasını dəyişib.

Qeyd edək ki, məlum yanğın faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov barəsində Nəsimi rayon Məhkəməsi istintaq müddəti üçün 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Bir müddət əvvəl istintaqı tamamlanan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilirdi.
Diaspora