Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 9 nəfər həyatını itirib. Lent.az-ın məlumatına görə, iyunun 11-də ölkə yollarında ümumilikdə 14 yol qəzası qeydə alınıb. Nəticədə həyatını itirən şəxslərdən başqa daha 17 nəfər də yaralanıb.
Ölümlə nəticələnən qəzalardan ən ağırı Qobustanda - Bakı-Şamaxı magistralında baş verib. Burada "BMW"nin "KamAZ"a çırpılması nəticəsində 4 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.
Cəlilabadda iki avtomobilin toqquşması nəticəsində isə 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
Bundan başqa Bakının rayonlarında da ölümlə nəticələnən iki yol qəzası baş verib. Həmçinin gecə saatlarında Bakı-Şamaxı yolunda iki avtomobilin toqquşması növbəti dəfə təlafata səbəb olub.