“Bu gecə partlayışa ayılmışam, görmüşəm ki, maşınım yanır”, - deyə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili “Turan”a bildirib.
O, özünün müəyyən qənaətləri olduğunu söyləyib: “Amma istintaq sirridir deyə açıb deyə bilmirəm. Bu il martın 14-də gecə evim yandırılanda olan dəst-xəttdir. Sadəcə, istintaq bir az uzandı deyə, arxayın düşüblər”.A.Mərzili hüquq-mühafizə orqanlarına xəbər etdiyini söyləyib.
Xatırladaq ki, bu il martın 14-də naməlum şəxslər A.Mərzilinin Xətai rayon prokurorluğu yanında evini yandırmağa cəhd ediblər. Amma yanğını tez söndürmək mümkün olub. Bununla bağlı jurnalist hüquq-mühafizə orqanlarına şikayət edib, faktla bağlı cinayət işi başlanıb.
Bu gecə, iyulun 9-da isə jurnalistin “Hyundai Accord” markalı şəxsi avtomobili yandırılıb.