Heydər Əliyev aeroportu silahlı mühafizə altına alındı

Heydər Əliyev aeroportu silahlı mühafizə altına alındı backend

Heydər Əliyev Beynəlxalq Hava Limanında fövqəladə təhlükəsizlik rejimi tətbiq edilib. Virtualaz.org-un bu dəqiqələrdə orada olan əməkdaşı xəbər verir ki, aeroportun girəcəyində silahlı mühafizə postları qurulub.

Ölkənin əsas hava limanına yalnız uçmaq üçün bileti olan sərnişinlər buraxılır və biletlər ciddi şəkildə yoxlanılır.

Bundan başqa, bütün sərnişinlər ikiqat yoxlamaya məruz qalırlar. Silahlı hərbçilər sərnişinlərin yüklərini və avtomobillərini xüsusi vasitələrlə yoxlayırlar.
Diaspora