Bakının “maşın bazarı“nda yanğın söndürülüb- FOTO

Bakının “maşın bazarı“nda yanğın söndürülüb- FOTO backend

Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidə baş verən yanğın tam söndürülüb.

Qaziler.az APA-ya istinadən xəbər verir ki, FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Məlumata görə, yanğının miqyası ilə bağlı açıqlama veriləcək.

Hazırda, yanmış mağazaların sahibləri yanğından xilas edə bildikləri mallarını digər mağazalara yerləşdirirlər.

****
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində yanğın hadisəsi baş verib.

Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

X X X

21:36

Bakının Babək prospektində "maşın bazarı" deyilən ərazidə güclü yanğın baş verib.

Trend-in məlumatına görə, hazırda yanğının yayılmasının qarşısı alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

X X X

21:05

Bakının Babək prospektində "maşın bazarı" deyilən ərazidə güclü yanğın qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobili cəlb olunub.

Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.


Diaspora