Terrorçulardan birinin adı açıqlandı - Rusiya vətəndaşıdır

Terrorçulardan birinin adı açıqlandı - Rusiya vətəndaşıdır backend

İstanbul Atatürk Hava limanında terror aktını törədənlərdən birinin Rusiya vətəndaşı, milliyyətcə çeçen Osman Vadinov olduğu iddia edilir. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Osman Vadinov İŞİD-in üzvüdür.


Məlumata görə, terror təşkilatının üzvü olan 3 "canlı bomba" Vətən küçəsində taksiyə miniblər. Taksi onları birbaşa Atatürk Hava limanına gətirib. Çöldəki polis nəzarətindən asanlıqla keçsələr də xarici uçuşlar üçün nəzərdə tutulan yerdə silahlarını çıxarıb bombalı jiletlərini geyiniblər. Və 3 ayrı nöqtəyə dağılıblar. "Kalaşnikov"dan atəş açanın da məhz Osman Vadinov olduğu müəyyən edilib.
Diaspora