Macarıstanın Xarici İşlər naziri Bakıya gəlir

Macarıstanın Xarici İşlər  naziri Bakıya gəlir backend

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto gələn həftə Azərbaycana səfərə gələcək.

Qaziler.az-ın xəbərinə görə, bu barədə Report-a Macarıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nazir iyunun 28-də Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının işində iştirak edəcək.

Nazirlə birgə Bakıya macarıstanlı iş adamlarından ibarət böyük nümayəndə heyəti də gələcək.

Xatırladaq ki, Azərbaycan tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.
Diaspora