Suriyada miqrantlar düşərgəsi yaxınlığında partlayış baş verdi

Suriyada miqrantlar düşərgəsi yaxınlığında partlayış baş verdi backend

İordaniyanın Suriya ilə sərhədində partlayış baş verib. ANS PRESS-in «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

Partlayış suriyalı qaçqınların yerləşdiyi Ruqban düşərgəsi yaxınlığında qeydə alınıb. Ölən və yaralananlar İordaniya sərhəd-keçid məntəqəsinin hərbçiləri olub. Partlayış nəticəsində bir neçə hərbi maşın yararsız hala düşüb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin hadisə İordaniyanın Suriya ilə sərhədində baş verdiyindən terror aktının arxasında İŞİD-in dayandığı ehtimal edilir.

İordaniya həm də İŞİD-ə qarşı beynəlxalq hərbi koalisiyanın üzvüdür.
Diaspora