Rusiyada hərbi poliqonda yanğın baş verib. TASS-ın verdiyi məlumata görə, hadisə Həştərxan vilayətində yerləşən Aşuluk poliqonunda qeydə alıb. Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hazırda raket sürətləndiriciləri yanır. Həmin qurğular S-75 zenit raketlərinin mühərrikləri üçün nəzərdə tutulur.
Yaxınlıqdakı hərbi şəhərcikdən 500 nəfər, poliqondan isə 76 nəfər təxliyə olunub.Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.