Azərbaycan Milli azadlıq hərəkatının təməl daşını qoyanlardan və ilk yaradılan “Çənlibel” təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantəkin vəfat edib. Lent.az-ın məlumatına görə, bir müddətdir Bakı Sağlamlıq Mərkəzində müalicə olunan M.H.Tantəkin həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, M.HTəntəkinin xəstəliyi çox ağırlaşdığı üçün həkimlər onun yaşamaq şansının az olduğunu bildirmişdilər.