Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub, 2 nəfər ölüb

Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub, 2 nəfər ölüb backend

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Qaziler.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.

“Mercedes” markalı minik avtomobilinin “İsuzu” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində 2 nəfər ölüb.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Qəza nəticəsində “Mercedes” markalı avtomobil deformasiyaya uğrayıb, içərisində olan 2 sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Diaspora