Xızıdakı dəhşətli qəzada yaralananlardan SON XƏBƏR

Xızıdakı dəhşətli qəzada yaralananlardan SON XƏBƏR backend

Xızı rayonunda mikroavtobusun qəzaya düşməsi nəticəsində yaralananlardan birinin vəziyyəti ağır olaraq qalır, digərləri üçün həyati təhlükə sovuşub. Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, Xızı rayonu ərazisində “Hyundai” markalı mikroavtobusun aşması nəticəsində xəsarət alanlardan 15 nəfər Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Yaralılardan bir nəfərin - Vaqif Talıbovun vəziyyəti ağır olaraq qalır. Digər 14 nəfərin vəziyyəti isə orta stabil qiymətləndirilir.

Bundan başqa, qəza zamanı xəsarət alan iki qadın Bakı Şəkər Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə yerləşdirilib ki, onların da vəziyyətləri yaxşılaşmağa doğru gedir.
Xatırladaq ki, mayın 29-da axşam saatlarında Xızı rayonunun Xələflər kəndi ərazisində “Hyundai” markalı mikroavtobus dərəyə aşıb. Hadisə zamanı 3 nəfər dünyasını dəyişib. Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki Kollecin əməkdaşlarıdır.
Diaspora