Bu gün axşam saatlarında Xızı rayonunda baş verən qəzada xəsarət alan 15 nəfərin şəxsiyyəti məlum olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova,1950-ci il Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəylidir.Ölən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarıdır.