Xızıda tələbələri daşıyan avtobus aşıb, 2 nəfər ölüb, 21 nəfər yaralanıb

Xızıda tələbələri daşıyan avtobus aşıb, 2 nəfər ölüb, 21 nəfər yaralanıb backend

Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

Qaziler.az bildirir ki, APA-nın şimal bürosunun xəbərinə görə, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.

Məlumat verildiyi kimi, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.