Ötən ay Bakı bir nəfəri silahla yaralayan qrupun daha bir üzvü tutulub.
Qaziler.az bildirir ki, "Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Hüseyn Qasımov istiqamətində avtomat silahdan atəş açıb, ona xəsarət yetirən qrupun digər üzvü - Bakı şəhər sakini Əlikubar Kularov tutulub.Ətrafında aparılan əməliyyat tədbirləri ilə Ramil Hüseynli və Əlikubar Kularovun daha bir paytaxt sakininə qarşı xuliqanlıq etmələri də müəyyən olunub.