Xədicə İsmayıl 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb

Xədicə İsmayıl 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb backend

Bu gün Ali Məhkəmənin Xədicə İsmayılın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, X. İsmayıl Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, bu gün Ali Məhkəmədə X. İsmayıl barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Bundan sonra Xədicə İsmayılın cəzası şərti hesab olunub.

Qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.

Xatırladaq ki, X. İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayıl apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib.
Diaspora