İldırım Ucar sakinini vurub öldürdü

İldırım Ucar sakinini vurub öldürdü backend

Ucar sakini ildırım vurması nəticəsində ölüb. APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə ötən gün axşam saatlarında rayonun Bağman kəndində baş verib.


Kənd sakini 1990-cı il təvəllüdlü Qürbət Füzuli oğlu İskəndərovu ildırım vurub.

Q. İsgəndərov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onu xilas etmək mümkün olmayıb.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil

Faktla bağlı araşdırma aparılır.
Diaspora