Gəncədə fabrik yanır

Gəncədə fabrik yanır backend

Gəncədə qənnadı fabrikində yanğın baş verib. QAZİLER.AZ-ın Kəpəz TV-yə (Region TV) istinadən xəbərinə görə, Gəncə Qənnadı ASC-də yanğın baş verib. Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınır.

İlkin ehtimala görə, yanğın anbarın 3-cü mərtəbəsində yerləşən otaqlardan birində aparılan qaynaq işləri nəticəsində yaranıb.

Xatırladaq ki, iki gün bundan öncə də Gəncə Qənnadı ASC-nin inzibati binasında, mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.
Diaspora