ABŞ-da avtobus aşdı: 26 yaralı

ABŞ-da avtobus aşdı: 26 yaralı backend

ABŞ-da ağır yol qəzası qeydə alınıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kaliforniya ştatının Haylend şəhərində qeydə alınıb.


Belə ki, sərnişin avtobusunun aşması nəticəsində azı 26 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, avtobusda 50-dək sərnişin olub.

Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.
Diaspora