İndoneziyada Sinabunq vulkanının püskürməsi nəticəsində 7 nəfər ölüb. APA-nın ABC News-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ağır xəsarətlər alıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Məlumata görə, ölən və xəsarət alanlar vulkandan təxminən 4 km aralıda yerləşən fermaların işçiləridir.
Sinabunq vulkanının 400 ildən sonra ilk dəfə, 2010-cu ildə püskürməsi nəticəsində 2 nəfər həyatını itirib. 2014-cü ilə təsadüf edən püskürmə zamanı isə 16 nəfər ölüb. Qeyd edək ki, Sinabunq İndoneziya ərazisində yerləşən 120 vulkandan biridir.