Rusiyada vertolyot gölə düşdü

Rusiyada vertolyot gölə düşdü backend

Bu gün səhər saatlarında Rusiyanın Leninqrad vilayətində modeli müəyyənləşdirilməmiş vertolyot Suxodolye gölünə düşüb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, qəzaya səbəb vertolyotun havada olarkən elektrik naqillərinə, yaxud ağaclara toxunması olub.

Hadisə şahidlərinin sözlərinə görə, vertolyotun göyərtəsində dörd nəfərdən altı nəfərə qədər sərnişin ola bilər.

Qəza nəticəsində ölən və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.
Diaspora