Azərbaycan Ordusunun şəhid olan hərbçisi Şirvanda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Şirvanda dəfn edilib backend

Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri dəfn edilib.

Qaziler.az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 20 yaşlı Rahil Rafiq oğlu Ərəbli doğulduğu Şirvan şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhidin əsgər yoldaşları, doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Rahil Rafiq oğlu Ərəbli mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada şəhid olub.

Allah rəhmət eləsin!
Diaspora