Tovuzda məktəbdə baş verən yanğın söndürülüb

Tovuzda məktəbdə baş verən yanğın söndürülüb backend

Tovuzda orta məktəb binasında baş verən yanğın söndürülüb.

Qaziler.az bildirir ki, Tovuz rayon Yanğından Mühafizə hissəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, alov məktəbin 400 kv.m sahəsini yararsız hala salıb.

220 yerlik məktəb binasında 16 sinif otağı var. Burada 300 şagird iki növbədə təhsil alır. Yanğın zamanı binada ikinci növbədə təhsil alan 100-ə yaxın şagird olub. Onlar yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Diaspora