Hacı Məmmədov DTX-dan köçürüldü

Hacı Məmmədov DTX-dan köçürüldü backend

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilən, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun səhhətində problem yaranıb.

Bu barədə Lent.az-a Hacı Məmmədovun vəkili Afət Qazıyeva danışıb.

Vəkil bildirib ki, DTX-ın İstintaq Təcridxanasında saxlanılan H.Məmmədov səhhətində ciddi probləmlər yaşanıb: "Yaranan problemlə bağlı Hacı Məmmədov Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Hazırda orada həkim nəzarətində saxlanılır.

DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.
Diaspora