Möcüzə kimi qəza: maşınlar parça-parça oldu, sürücülər sağ çıxdı - YENİLƏNİB

Möcüzə kimi qəza: maşınlar parça-parça oldu, sürücülər sağ çıxdı - YENİLƏNİB backend

Bakı-Qazax magistralında 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, magistralın 215-ci kilometrliyində, Ucar rayonu ərazisində "VAZ 2121" (Niva) markalı, 90 ZC 046 dövlət qeydiyyat nişanlı və "VAZ 21012" markalı, 50 DB 721 nömrəli avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan 34 və 28 yaşlı iki kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

*****
1 may

Bu gün Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, "VAZ 2121" (Niva) markalı minik avtomobili "VAZ 21012" markalı digər yük maşınına çırpılıb. Nəticədə sürətlə hərəkətdə olan minik avtomobili bir neçə hissəyə bölünüb və yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən avtomobilin sürücüsü qəzadan sağ çıxıb.

Hadisə nəticəsində 1 nəfər yaralanıb ki, onun da xəsarəti yüngül olduğundan ambulator müalicəyə yazılıb.

Faktla bağlı araşdırma aparılır.
Diaspora