Oğlu Qarabağda şəhid olan Qarabağ qazisi vəfat etdi

Oğlu Qarabağda şəhid olan Qarabağ qazisi vəfat etdi backend

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı, şəhid atası Əbdül Məmmədov dünyasını dəyişib.

Qaziler.az bildirir ki, Modern.az saytının məlumatına görə, bu haqda ADP funksioneri Həsrət Rüstəmov məlumat verib.
“Cox üzüçü bir xəbər aldım. Şəhid atası, qazi, könüllü müdafiə batalyonunun sabiq komandiri Əbdül Məmmədov bu gün Allahın dərgahına qovuşub”-deyə o qeyd edib.

Əbdül Məmmədovun beyin iflicindən öldüyü bildirilir.

Birinci Qarabağ müharibəsinin qazisi, birinci qrup Qarabağ əlili, 25 ilə yaxındır ki, yataq xəstəsi olan Əbdül Məmmədovun mayor oğlu Rasim Məmmədov 3 aprel 2016-cı il tarixində Lələtəpə yüksəyliyinin alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.

P.S. Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov və təşkilatın rəhbərliyi qazi qardaşları Əbdül Məmmədovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!
Diaspora