Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.
Qaziler.az bildirir ki, "Report"un xəbərinə görə, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.Məlumatda bildirilir ki, bu gün Agentlik tərəfindən 5 ev, 1 tibb məntəqəsi, 20 partlayış yeri yoxlanılıb, 2 ədəd partlamamış hərbi sursat, aprelin 25-də işarələnmiş 1 ədəd mina zərərsizləşdirilib və 19 820 kv. m ərazi yoxlanılıb.
Tərtər rayonu
Qapanlı kəndi – 1 ev və həyətyanı sahədə, 1 tibb məntəqəsidə 9 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb. Nəticə etibarilə 7 000 kv.m. ərazi yoxlanılıb.
Qaradağlı kəndi – 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 9 700 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.
Cəmi: 4 ev və həyətyanı sahə, 1 tibb məntəqəsi, 13 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat aşkar edilib və 16 700 kv.m. ərazi yoxlanılıb.
Füzuli rayonu
Alıxanlı kəndi – 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülmüş və nəticə etibarilə 1 120 kv.m ərazi yoxlanılıb.
Cəmi: 5 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat aşkar edilib və 1 120 kv.m ərazi yoxlanılib.
Ağdam rayonu
Təzəkənd kəndi – 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib və nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb.
Əfətli kəndi – ərazisindən keçən Qarqar çayı ilə axıb gələn və 25 aprel 2016-cı il tarixində aşkar edilərək işarələnmiş 1 ədəd piyada əleyhinə mina (PMN) partlayış yolu ilə zərərsizləşdirilib.
Cəmi: 1 ev və həyətyanı sahə, 1 partlayış yeri, aprelin 25-də işarələnmiş 1 ədəd piyada əleyhinə mina (PMN) zərərsizləşdirilib.
Ümumilikdə Agentlik tərəfindən 7-26 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz və Samux rayonlarında 348 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 289 ədəd partlamamış hərbi sursat və 10 ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.