Polis əməliyyat keçirdi: 18 kilo narkotik

Polis əməliyyat keçirdi: 18 kilo narkotik backend

Biləsuvarda Goranboy rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon sakini Cavanşir Musayevdən 14 kiloqram 840 qram tiryək götürülüb.

***
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayon sakini Nofər Hümbətovdan 2 kiloqram 85 qram marixuana götürülüb.

***
Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Əhmədovdan 515 qram heroin götürülüb.
Diaspora