Xəzərdə Rusiya tankeri yanır: ÖLƏN VAR-YENİLƏNİB

Xəzərdə Rusiya tankeri yanır: ÖLƏN VAR-YENİLƏNİB backend

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğının söndürülməsinə Azərbaycana məxsus üç gəmi və üç helikopter cəlb olunub. APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə nəticəsində tankerin baş mexaniki ölüb. Onun adı açıqlanmır. *** 12:50 Bundan başqa, 18 nəfərin təxliyə olunduğu təsdiqlənib. Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 18 nəfər təxliyə olunub. APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib.

Hadisə nəticəsində bir nəfər vəfat edib.

***

12:04

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb.

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" agentliyi öz mənbələrinə istinadən xəbər verir.

Agentliyin xəbərinə görə, hadisə baş verən zaman tankerin göyərtəsində 11 nəfər olub: "Hadisə nəticəsində bir nəfər ölüb, göyərtədə olan digər 10 nəfər təxliyə olunub".

Bildirilir ki, hadisə baş verən an tankerdə neft məhsulları olmayıb.

***

11:21

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.


Diaspora